Samuxda qaz balonu partladı:


Digərləri 01 Okt 2019 18:19:00 244 0

Samuxda qaz balonu partladı:

Samuxda qaz balonu partlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Salahlı kəndində, 1961-ci il təvəllüdlü Abbasov Şahbaz İlyas oğluna məxsus yaşayış evində qeydə alınıb. 

Kənd sakini Ş.Abbasov qaz balonunu düzəldən zaman partlayış baş verib. 

Nəticədə, Ş.Abbasov və qardaşının həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı müxtəlif dərəcəli yanıq xəsarəti ilə  xəstəxanaya yerləşdirilib. Ş.Abbasovun vəziyyəti ağırdır, qadın isə şokdadır.

Faktla bağlı araşdırma aparılır.