İqtisadi islahatlar Azərbaycanda demoqrafik vəziyyətə müsbət təsir göstərib


Digərləri 01 Okt 2019 18:13:00 209 0

İqtisadi islahatlar Azərbaycanda demoqrafik vəziyyətə müsbət təsir göstərib

Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar demoqrafik vəziyyətə müsbət təsir göstərib

Bakı. Mətanət Nəsibova - Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar demoqrafik vəziyyətə müsbət təsir göstərib. Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib. O bildirib ki, 2009-cu ildən bu günədək, siyahıyaalma məlumatlarına əsasən, ölkədə 10 milyon əhali var: “Bu müddət ərzində ölkə əhalisi 1 milyon 84 min 500 nəfər artıb. Müsbət dinamika nikah sayında da müşahidə olunub. 10 il ərzində nikahlar 11,4 faiz artıb. Ana ölümü 12,3 faizdən 11,1 faizədək, uşaq ölümü 14,3 faizdən 14,1 faizədək azalıb”.