Məhkum 17 il ədalətdən qaçaraq mağarada gizlənib


Dünya 01 Okt 2019 18:09:00 277 0

Məhkum 17 il ədalətdən qaçaraq mağarada gizlənib

Çində qaçaq məhbus hüquq mühafizə orqanlarından gizlənmək üçün 17 il mağarada yaşayıb. 

Son.az bu barədə oxu.az-a istinadən xəbər verir.

Sun Çzyan adlı həmin şəxsin keçmiş polis olduğu bildirilib. Qadın və uşaq alverinə görə məhkum olunan cinayətkar 2002-ci ildə həbsxanadan qaçmağa nail olub. Bütün bu müddət ərzində o, doğma şəhərinin yaxınlığında yerləşən dağ mağarasında yaşayıb.

Qaçaq məhkumun yeri dronlar sayəsində müəyyən olunub. Havadan çəkilən fotolarda polis mağaranın üstündə mavi polad dam, yaxınlığında isə zibil tapıb.

(adsgarden = window.adsgarden || []).push({});