Teymur Rəcəbov Dünya Kubokunun finalında ikinci görüşdə çinli şahmatçıya uduzub


Digərləri 01 Okt 2019 18:05:00 206 0

Teymur Rəcəbov Dünya Kubokunun finalında ikinci görüşdə çinli şahmatçıya uduzub

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının ikinci oyunu başa çatdı.

Bakı. Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının ikinci oyunu başa çatıb. Şahmat Federasiyasından Trend-ə bildirilib ki, dünya kubokunun həlledici matçda həmyerlimiz Teymur Rəcəbovla çinli Dinq Liren qarşı qarşıya gəlib və finalın ikinci partiyası çinli şahmatçının qələbəsi ilə nəticələnib. Qeyd edək ki, Teymur Rəcəbov həmçinin Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötərəbər yarışın finalına qədər irəliləyə bilməyib. Xatırladaq ki, final matçı dörd oyundan ibarətdir. Bu oyunlarda qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Oyunlar Bakı vaxtı ilə saat 14:00-da başlayır.