Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib


Digərləri 01 Okt 2019 17:50:10 198 0

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər: Əliyeva Leylufər İmran qızı Hacıyev Arif Şahmalı oğlu Məmmədbəyli Eldar Hüseynqulu oğlu Səidova Adilə Atakişi qızı Süleymanov Samir Süleyman oğlu. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin