İndoneziyada etirazlar:


Dünya 01 Okt 2019 17:44:00 224 0

İndoneziyada etirazlar:

İndoneziyanın paytaxtı Cakartada baş verən etiraz aksiyaları zamanı 210 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, xəsarət alanlardan 15 nəfəri xəstəxanaya yerləşdirilib.

Cakarta qubernatoru iğtişaşlarla bağlı 30 nəfərin saxlandığını bildirib.

Qeyd edək ki, Cakartada tələbələrin aksiyaları sentyabrın 24-də başlayıb. Tələbələr Cinayət Məcəlləsinə edilən dəyişikliklərə etiraz edir. Onların fikrincə, yeni dəyişikliklər şəriət qanunlarına yaxındır.