Bir qızın iki sevgilisindən DƏHŞƏTLİ ƏMƏL


Kriminal 01 Okt 2019 17:47:00 277 0

Bir qızın iki sevgilisindən DƏHŞƏTLİ ƏMƏL

Bakıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Azər Mahmudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Azər Mahmudlu Mingəçevir şəhərində anadan olsa da, yetkinlik yaşına çatandan sonra paytaxta köçüb. Ali məktəblərdən birini bitirən Azər Mahmudlu paytaxtın Yasamal rayonunda yaşayıb. O, son illər işsiz olub və bir neçə sosial şəbəkələrdə gününü keçirməyə başlayıb.

Sosial şəbəkədə tanışlıq

İstintaq sənədlərinə görə, günlərin birndə "Facebook" sosial şəbəkəsində Təranə Əliyeva (ad və soyad şərti göstərilib - red.) tanış olub. O, Təranəyə sevgi mesajları göndərməyə başlayıb.

Azər Mahmudlunun bu hərəkətlərindən Təranə Əliyevanın sevgi münasibətində olduğu Timur Əlibalayev xəbər tutub. O, 3 iyul 2017-ci il tarixdə Azər Mahmudlu ilə əlaqə saxlayıb.

Bir qızın iki sevgilisi

Timur Əlibalayev Azər Mahmudluya sevgilisinə mesaj göndərilməsini təhqir hesab edib, "Facebook" sosial şəbəkəsi vasitəsilə onun özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlədib.

Bundan əsəbiləşən Azər Mahmudlu Timur Əlibalayevdən qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib. Azər Mahmudlu Timura görüşə tək gəlməsi barədə nalayiq məzmunlu mesaj göndərib.

Dava

Daha sonra Azər Mahmudlu bıçaqla silahlanıb və 4 iyul 2017-ci il tarixdə, gecə saat 2 radələrində Timur Əlibalayevlə razılaşdıqları Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 37 ünvanının qarşısına gəlib.

O, Timur Əlibalayevdən əvvəl gələrək yerdə qoyulmuş karton kağızların üzərində oturub, bıçağı isə karton kağızının altında gizlədib. Orada Timur Əlibalayevi gözləyib.

Bir qədər sonra Timur Əlibalayev həmin yerə gəlib. O, Azər Mahmudlunun oturduğu yerin yanında karton altında bıçaq gizlətdiyini görüb.

Bu səbəbdən Timur Əlibalayev onun yanında oturmayıb. O, Azər Mahmudluya həmin vaxt təpik və yumruqla zərbələr vurub.

Qətlə cəhd

Bu zaman Azər Mahmudlu karton altında gizlətdiyi bıçağı götürərək Timur Əlibalayevin döş qəfəsinə bir neçə xəsarət yetirib.