Dünya kuboku: Teymur Rəcəbov ikinci final görüşünü keçirdi


İdman 01 Okt 2019 17:39:00 419 0

Dünya kuboku: Teymur Rəcəbov ikinci final görüşünü keçirdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda ikinci final görüşünü keçirib.

Goal.az xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə bitib. İlk görüş heç-heçə yekunlaşdığı üçün Liren ümumi hesabda önə keçib - 1,5:0,5. Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 2 partiya oynayacaqlar. 

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.