Pərviz Şahbazov Rusiyada səfərdədir


Digərləri 01 Okt 2019 17:20:00 289 0

Pərviz Şahbazov Rusiyada səfərdədir

Energetika naziri Pərviz Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvaya səfər edib.

Bakı. Energetika naziri Pərviz Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvaya səfər edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, P.Şahbazov oktyabrın 3-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə, həmçinin “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək. Energetika nazirinin hər iki tədbirdə çıxışı nəzərdə tutulub.