Bu yerlərdə fototələlərin sayı artırılacaq


Digərləri 01 Okt 2019 17:04:00 240 0

Bu yerlərdə fototələlərin sayı artırılacaq

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərində quraşdırılan fototələlərin sayı artırılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycanda ekoturizmin inkişaf perspektivləri" mövzusunda keçirilən dəyirmi masada Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.

O qeyd edib ki, hazırda Zəngəzur və Hirkan milli parklarında 120 fototələ var. Gələn il isə fototələlərin sayı təxminən 40 ədəd artırılacaq.

E.Əsgərov əlavə edib ki, fototələlər əsasən "Bəbirlərin mühafizəsi" layihəsi çərçivəsində alınıb: