Obameyanq Berqkampın nəticəsini yenilədi


İdman 01 Okt 2019 16:51:00 229 0

Obameyanq Berqkampın nəticəsini yenilədi

Arsenal İngiltərə Premyer Liqasının 7-ci turunda Manchester United-lə qollu bərabərə qalıb – 1:1.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada “topçular”ın yeganə qoluna imza atan Pyer-Emerik Obameyanq, bu mövsüm 7 Premyer Liqa oyununda 7-ci qolunu vurub.

Qabonlu hücumçu bu göstəricidə Arsenal-ın keçmiş futbolçusu Dennis Berqkampın rekordunu yeniləyib. Sabiq holland oyunçu 1997/98 mövsümüdə ilk 7 tura 7 qol vurmuşdu.