Statistika Komitəsinin sədri: "ÜDMdə qeyrineft sektorunun həcmi 2,8 dəfə artıb"


Digərləri 01 Okt 2019 16:39:00 220 0

Statistika Komitəsinin sədri: "ÜDMdə qeyrineft sektorunun həcmi 2,8 dəfə artıb"

"Son 10 il ərzində Azərbaycanın ümumi daxili məhsulunda qeyri-neft sektorunun həcmi 2,8 dəfə artıb, həmin dövrdə ümumi daxili məhsulun (ÜDM) ümumi həcmi isə 3 dəfədən çox artıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin dövrdə müxtəlif istehsal sahələrində müsbət tendensiyalar müşahidə olunub:

"Sənaye istehsalatı sahəsində ÜDM 2,6 dəfə, neft-qaz sahəsində 2,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 3 dəfədən çox, tikinti-quraşdırma işlərinə yönəlmiş vəsaitlərin həcmi 4,6 dəfə artıb. Yük daşımalarında 2,1 dəfə, sərnişin daşımalarında 2,2 dəfə artım müşahidə olunub. Rabitə və informasiya sahəsində xidmətlərin həcmi 12,3 dəfə artıb".