Chelsea-nin ulduzu taksi sürücüsü ilə dava etdi - FOTO + VİDEO


İdman 01 Okt 2019 16:32:00 346 0

Chelsea-nin ulduzu taksi sürücüsü ilə dava etdi - FOTO + VİDEO

İngiltərənin Chelsea klubunun futbolçusu Ross Barkli Liverpul şəhərində xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüb.

Goal.az "Mirror"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi sərxoş halda taksi xidmətindən istifadə edib. İngiltərəli oyunçu çantasının içindəkiləri maşına dağıdıb.

Sürücü Barklidən avtomobili təmizləməyi tələb edib, oyunçu isə bundan boyun qaçırıb. Daha sonra o, nağd pulu olmadığı üçün ödənişdən imtina edib.

Hadisə yerinə gələn polislər futbolçu ilə söhbət edib və taksi sürücüsünə pul ödəməsi üçün onu bankomatadək müşayiət ediblər.

Image result for ross barkley taxi driverImage result for ross barkley taxi driver