Ahıl yaşda evlənən və boşananların sayı açıqlandı


Digərləri 01 Okt 2019 16:24:00 273 0

Ahıl yaşda evlənən və boşananların sayı açıqlandı

2018-ci ildə 60 və daha yuxarı yaş qrupuna aid 677 nəfər boşanıb.

Son.az əbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən oxu.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, onlardan 462-si kişi, 215-i isə qadınlardır.

60 və daha yuxarı yaş qrupuna aid 917 nəfər isə nikaha daxil olub. Onlardan 707-si kişi, 210 isə qadınlardır.

İnsanları bu yaşda boşanmağa vadar edən səbəblər nələrdir?

Psixoloqlar düşünür ki, 60 yaşdan yuxarı şəxslərin boşanmalarına səbəb evliliklərinin uğursuz başlaması və daha çətin mərhələlərə qədər davam etməsidir. Bu yaşa qədər onların qarşısını kəsən səbəblər isə övladları, ya da valideynləri olur.

Mövzu ilə bağlı sözügedən sayta açıqlama verən psixoloq Əfsanə Rüstəmovanın sözlərinə görə, insanlar qınaq obyekti olmamaq üçün boşanmaya o qədər qlobal səbəb axtarır ki, bu da kifayət qədər zaman alır:

"Əslində, elə insanlar var ki, adi rahatlığının bir qədər dəyişməsi belə onlar üçün boşanma səbəbi ola bilər. Bu daha çox gənc cütlüklərə şamil edilir. Lakin bizim mentalitetimiz insanların həyatını çərçivəyə saldığı üçün yaşlı cütlüklər bu addımı atmağa çəkinir.

Onların qarşısında dayanan səbəb isə mərhələli şəkildə dəyişir: ilk olaraq "el töhməti", daha sonra dünyaya gələn övladları, nəhayət, yaşlı valideynlərinə görə bir-birilərinə səbr edirlər.