“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)


Digərləri 01 Okt 2019 16:22:00 258 0

“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

ADAU və “AzerGold” arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına dair görüş keçirilib.

Bakı. 30 sentyabr tarixində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasına dair görüş keçirilib. QSC-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Hətəmov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov iştirak ediblər. Tərəflər arasında imzalanan memorandum ADAU-nun tələbələrinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçməsini, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılmasını, təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində əməkdaşlığı əhatə edir. Tərəflər arasında birgə əməkdaşlıq çərçivəsində mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrinin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislər hazırlanacaq, birgə simpozium və konfranslar təşkil olunacaq, qabaqcıl üsul və texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsi aparılacaq, “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən masterklasslar təşkil olunacaq.