"Ərimin əmisi oğlu dedi ki, bir kəlmə "hə" de..."


Digərləri 01 Okt 2019 16:19:00 265 0

"Ərimin əmisi oğlu dedi ki, bir kəlmə "hə" de..."

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Səni axtarıram" verilişində gərgin anlar yaşanıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Türkan qəsəbə sakini Aidə İmanova həyat yoldaşı İmanov Aydın Sərvər oğlunun bir il öncə 7 saylı vərəm dispanserindən yoxa çıxdığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşı itkin düşməzdən bir gün öncə palata yoldaşının telefonu ilə ailəsiylə əlaqə saxlayıb:

"Mənə yığanda dedi ki, harda olduğumu bilmirəm. Sonra biz dispanserə getdik, həmin nömrəylə əlaqə saxladıq. Nömrənin sahibi bildirdi ki, mən xəstəxanada deyiləm. Bu məsələdə həyat yoldaşımın əmisi oğlu Əliheybət İmanovdan şübhələnirəm".

A.İmanovanın səsləndirdiyi fikirlərdən sonra Ə.İmanov canlı efirə qoşulub. O, Aydın İmanovun itkin düşməmişdən iki il öncə öz qayınatasının bıçaqladığını açıqlayıb:

"Aidə getsin Aydının yerini öz atasından soruşsun. Mən heç nə bilmirəm. Mən Aydına həmişə kömək etmişəm, hətta onun uşağının Gürcüstana aparıb müalicə etdirmişəm".

A.İmanova isə, öz növbəsində, Əliheybət İmanovu ittiham edib: