Prezidentin qardaşı 5 il azadlıqdan məhrum edildi


Digərləri 01 Okt 2019 16:15:00 228 0

Prezidentin qardaşı 5 il azadlıqdan məhrum edildi

İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin 5 il azadlıqdan məhrum edilib.

Bakı. Elnur Bağışov - İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Firudin 5 il azadlıqdan məhrum edilib. Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransında deyib. Q.İsmailinin sözlərinə görə, H.Firudin haqda 7 il həbs qərarı verilmişdi. Lakin Apelyasiya məhkəməsi cəzanı 5 ilə endirib. Sözçü əlavə edib ki, digər cəzalar yəni nağd cərimə və aldığı rüşvət - 310 milyard rial (təxminən 7,38 milyon dollar) isə ödənilməlidir.