72 yaşlı təqaüdçü həyətinə girən oğrunu öldürüb,


Dünya 01 Okt 2019 15:55:00 261 0

72 yaşlı təqaüdçü həyətinə girən oğrunu öldürüb,

Hadisə ABŞ-ın Texas ştatının Dallas şəhərində baş verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 72 yaşlı Ceyms Makael Meyer (James Michael Meyer) sentybarın 27-də səhər saat 5 radələrində həyətdəki səs-küyə oyanıb. Küçəyə baxanda naməlum şəxsin onun evinə girmək istədiyini görüb.

72 yaşlı qoca tapançasını götürərək həyətə düşüb və oğrunun ona yaxınlaşmamasını tələb edib. Oğru isə onun bu hərəkətinə əhəmiyyət verməyib. Qocanın tələbinə məhəl qoyulmadığından tapançadan atəş açıb. Oğru yenidən ona hücum etmək istəyərkən, ikinci dəfə atəş açıb. Bundan sonra evə dönərək yenidən yatıb.

Səhər yuxudan ayılanda 72 yaşlı kişi evinin yaxınlığında naməlum şəxsin meyiti ilə rastlaşıb. Polisə zəng edən Meyer hadisəni onlara danışıb. 72 yaşlı qoca adam barəsində adam öldürmək barədə iddia qaldırılaraq həbs edilib.

(adsgarden = window.adsgarden || []).push({});