VI Bakı Beynəlxalq Kitab Sərgisində “Xalq Əmanəti”nə böyük maraq


Digərləri 01 Okt 2019 15:44:29 272 0

VI Bakı Beynəlxalq Kitab Sərgisində “Xalq Əmanəti”nə böyük maraq

Sentyabrın 27-29-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.

Bakı. Sentyabrın 27-29-da Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib. Bakı İdman Sarayında təşkil olunan ənənəvi sərgi-yarmarkada 23 ölkəni təmsil edən 100-dən artıq kitabxana, nəşriyyat və poliqrafiya müəssisələri iştirak edib, öz nəşrlərini sərgiləyib və kitablarının satışını həyata keçirib. Sərgi çərçivəsində çoxsaylı kitab təqdimatları, dəyirmi masalar, imza günləri, müzakirələr keçirilib. Xalq Bank “Xalq Əmanəti” layihəsi ilə bu sərgiyə dördüncü dəfə qatılır. Layihə çərçivəsində nəşr olunan kitablardan ibarət ekspozisiya qonaqların böyük marağına səbəb olub. Xalq Bankın kitab guşəsini ziyarət edən yüzlərlə qonaq “Xalq Əmanəti” layihəsinin nəşrləri ilə tanış olub, bankın mədəni irsimizin qorunması işinə verdiyi töhfəni yüksək qiymətləndirib və kitablar haqda müsbət fikirlərini bildiriblər.