AFFA Rauf Əliyevə xəbərdarlıq etdi


İdman 01 Okt 2019 14:33:00 265 0

AFFA Rauf Əliyevə xəbərdarlıq etdi

AFFA İntizam Komitəsi "Neftçi" klubunun futbolçusu Rauf Əliyevə ciddi xəbərdarlıq edib.

Goal.az-ın məlumatına görə, buna hücumçunun Premyer Liqanın VI turunda "Qəbələ"ni məğlub etdikləri səfər matçında azarkeşlə münaqişəyə girməsi səbəb olub.

Analoji xəbərdarlıq azarkeşlərinin davranışına görə "Qəbələ"yə də edilib. Belə hallar yenidən təkrarlanacağı təqdirdə, ciddi sanksiyaların tətbiq olunacağı vurğulanıb.