Tanınmış jurnalist erkən yaşda öldü


Dünya 01 Okt 2019 14:19:00 267 0

Tanınmış jurnalist erkən yaşda öldü

Tanınmış jurnalist erkən yaşda vəfat edib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, BBC-nin tanınmış müxbiri Hanna Yusif 27 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmır. Ailəsi onun ölümündən şoka düşdüklərini söyləyib. Onlar bildirib ki, Hannanın ölümü çox erkən və ani olub.

Britaniyada yaşayan müsəlman əsilli Hanna 2017-ci ildən BBC-də işləyib. O, hicabla bağlı məqaləsindən sonra daha çox tanınmağa başlayıb.

Hannanın sonuncu məqaləsi "Costa Coffee" şirkətində işçilərin şəraiti barədə olub.