"Xəyanətlə üzləşmişəm"


Şou-biznes 01 Okt 2019 13:52:00 247 0

"Xəyanətlə üzləşmişəm"

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Damla olub. Son.az bildirir ki, ifaçı xəyanətə uğradığını etiraf edib: "Xəyanət etməyən kişi yoxdur. Onların fitrətində var. Hər qadın kimi mən də xəyanətlə üzləşmişəm. Amma zamanla insan üçün hər şey adiləşir. Qadın hər zaman böyük-böyük danışır ki, bağışlamaram, amma məqam olur ki, bağışlayırsan. Çünki sevgi qüruru əzib keçir". Damla ailə qurmaq istəyindən də danışıb: "Bəzən ailə də arzulayıram. Müəyyən bir yaşdan sonra insan ailə istəyir. Qız uşaqlarını çox sevirəm. Bəzən istəyirəm, bəzən qorxuram. Haqqımda xeyirlisi nədirsə o da olacaq. Bilirəm ki, oğlum ailə qurmağıma razı olmaz, icazə verməz".

(adsgarden = window.adsgarden || []).push({});