""Otxod"ları verilişə dəvət edirsən"


Şou-biznes 01 Okt 2019 13:11:00 237 0

""Otxod"ları verilişə dəvət edirsən"

Zaur, sənə təşəkkür edirəm ki, könlümüzü oxşayan nəğmələri, ruhumuzu dincəldən səsləri, qulağımın eşitməyinə səbəb olan sənətkarılarla məni eyni verilişə dəvət etmisən. Belə ifaçıların qədrini bilək. 

Son.az xəbər verir ki, bunu Nadir Qafarzadə dünən "5/5"də verilişin digər qonaqları - Xalq artisti Könül Xasiyeva və əməkdar artist Cabir Abdullayevin ünvanına deyib.

Aparıcı Zaur Kamal Nadirin sözlərini "Bu cür sənətkarlar çox deyillər, azdılar" ifadəsi ilə dəstəkləyib.

Lakin Nadir aparıcını bu ifadəni işlətməyinə peşman edib:

"Sən yaxşıları dəvət et də! Hərdən "otxod"ları da dəvət edirsən. Sən yaxşıları dəvət et ki, qoy insanlar yaxşı səs eşitsinlər".