60 yaşdan yuxarı sakinlər üçün qatar biletlərində endirim tətbiq olundu


Dünya 01 Okt 2019 13:20:00 261 0

60 yaşdan yuxarı sakinlər üçün qatar biletlərində endirim tətbiq olundu

"Rusiya dəmir yolları" artıq dünəndən 60 yaşdan yuxarı sakinlər üçün qatar biletlərində 50 faiz endirimin tətbiqinə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, belə bir qərar 1 oktyabr - Beynəlxalq Ahıllar günü ilə əlaqədar qəbul edilib.

Qeyd olunur ki, endirim uzaq məsafəyə hərəkət edən qatarların kupe vaqonları üçün qüvvədə olacaq.

Bilet alınarkən pasport məlumatları daxil edildikdən sonra endirim avtomatik olaraq tətbiq olunacaq.