Vəhşi heyvanların kəndə hücum etməsi mümkün deyil - Milli Park direktoru


Digərləri 01 Okt 2019 12:50:00 225 0

Vəhşi heyvanların kəndə hücum etməsi mümkün deyil - Milli Park direktoru

Milli Parkların kənd ərazisinə yaxın ərazilərində yaşayan bəbir, qaban və digər vəhşi heyvanların kəndə hücum etməsi mümkün deyil

Bakı. İlhamə İsabalayeva - Milli Parkların kənd ərazisinə yaxın ərazilərində yaşayan bəbir, qaban və digər vəhşi heyvanların kəndə hücum etməsi mümkün deyil, çünki həmin heyvanlar yalnız öz marşrutları üzrə hərəkət edirlər. Trend-in məlumatına görə, bunu Hirkan Milli Parkının direktoru Azər Mirzəyev "Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, fototələlər vasitəsilə bu heyvanların insanların yaşadığı kəndlərin 2 km-liyinə qədər hərəkət etdiyi də məlum olub: "Bu isə onu göstərir ki, həmin heyvanlar öz marşrutlarından kənara çıxmırlar və insanlar üçün təhlükə yaratmırlar. Hirkan Milli Parkına Amerika, Norveç və bir neçə xarici ölkədən olan əcnəbi turistlər də daha çox bəbirləri görmək üçün buraya səfər edirlər". A.Mirzəyev əlavə edib ki, bəbirlər çox yüksək dağlıq və keçilməz ərazilərdə yaşadıqları üçün turistlərə həmin heyvanların fototələlər vasitəsilə əldə edilən şəkilləri göstərilir: "Son bir ildə çəkilən şəkillərlə sübut edirik ki, parkda mühafizə sisteminə tam əməl olunur. Bəbirlərin yem bazası çoxalmaqdadır və onların sayı 4-dən 6-ya qədər artıb".