Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb


Digərləri 01 Okt 2019 12:31:00 263 0

Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb

Son illər ərzində Azərbaycanda xarici film, xüsusilə türk seriallarının qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb. Tarixi adlara olan maraq isə artmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda daha çox maraq göstərilən tarixi adlar Fateh, Babək və Nadirdir.

Son 5 ildə (2014-2018-ci illər) Fateh adı 1262 uşağa verilib. 2014-cü ildə 199, 2015-ci ildə 260, 2016-cı ildə 238, 2017-ci ildə 228, 2018-ci ildə 288 uşaq bu adın daşıyıcısı olub.

Son 5 ildə 261 körpəyə Babək adı qoyulub. 2014-cü ildə 58, 2015-ci ildə 42, 2016-cı ildə 60, 2017-ci ildə 66, 2018-ci ildə 64 uşağa Babək adı qoyulub.

Son 5 ildə 474 uşağa Nadir, 383 uşağa Çingiz, 124 uşağa Alparslan, 5 uşağa Koroğlu, 5 uşağa Qorqud, 15 uşağa Beyrək adı verilib.

(adsgarden = window.adsgarden || []).push({});