Baş Nazirin müavini: Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir


Digərləri 01 Okt 2019 12:36:00 259 0

Baş Nazirin müavini: Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir

Vətəndaşa diqqət və qayğı Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas qayəsidir.

Bakı. Elçin Mehdiyev – Vətəndaşa diqqət və qayğı Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas qayəsidir. Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi Əli Əhmədov Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəh qocalar evində görüşdə deyib. Ə.Əhmədovun sözlərinə görə, hökumət çalışır ki, hər bir Azərbaycan vətəndaşının daha yaxşı, firavan həyatı olsun. İcra katibi bildirib ki, Azərbaycanda həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir: “Ahıllara dövlət qayğısının artırılmasına yönələn işlər ildən-ilə genişləndirilir. Dövlət himayəsində yaşayan ahıl insanların normal yaşayış şəraiti, sosial müdafiəsi təmin olunub". Ə.Əhmədov qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş - xalq dayanır: "Bu gündən minimum pensiyanın məbləği 200 manata çatdırılıb. Hökumət çalışır ki, vətəndaşlar yaxşı yaşasın, onların problemləri həll edilsin. Dövlət hər birimizindir. Dövlətin bu yerə çatmasında hər bir vətəndaş töhfəsini verib. Dövlət də bunun müqabilində onlara diqqət və qayğı göstərir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin