Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb (ÖZƏL)


Digərləri 01 Okt 2019 12:11:38 224 0

Serial qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb (ÖZƏL)

Son illər ərzində Azərbaycanda xarici film, xüsusilə türk seriallarının qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb.

Bakı. İlhamə İsabalayeva- Son illər ərzində Azərbaycanda xarici film, xüsusilə türk seriallarının qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb. Tarixi adlara olan maraq isə artmayıb. Trend-in məlumatına görə, Azərbaycanda daha çox maraq göstərilən tarixi adlar Fateh, Babək və Nadirdir. Son 5 ildə (2014-2018-ci illər) Fateh adı 1262 uşağa verilib. 2014-cü ildə 199, 2015-ci ildə 260, 2016-cı ildə 238, 2017-ci ildə 228, 2018-ci ildə 288 uşaq bu adın daşıyıcısı olub. Son 5 ildə 261 körpəyə Babək adı qoyulub. 2014-cü ildə 58, 2015-ci ildə 42, 2016-cı ildə 60, 2017-ci ildə 66, 2018-ci ildə 64 uşağa Babək adı qoyulub.