Şahdağ Milli Parkında turistlər üçün yeni çığırlar salınacaq


Digərləri 01 Okt 2019 12:16:00 207 0

Şahdağ Milli Parkında turistlər üçün yeni çığırlar salınacaq

Şahdağ Milli Parkında turistlər üçün artıq 50-yə yaxın cığır salınıb.

Bakı. İlhamə İsabalayeva - Şahdağ Milli Parkında turistlər üçün artıq 50-yə yaxın cığır salınıb. Bu il ərzində daha iki cığır salınacaq. Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə ekodəhlizlərin yaradılması layihəsi çərçivəsində əməkdaşlıq edən Regional Ekoloji Mərkəzinin Azərbaycan nümayəndəliyinin direktoru Mələk Şükürova deyib. Onun sözlərinə görə, hazırda bu işlər Şahdağ Milli Parkının Qonaqkənd və İsmayıllı ərazisində aparılır.