HUAWEI Mobile Services ekosisteminin imkanlarını təqdim edib


Digərləri 01 Okt 2019 12:05:00 247 0

HUAWEI Mobile Services ekosisteminin imkanlarını təqdim edib

HUAWEI Consumer Business Group-un baş direktoru Riçard Yu HUAWEI Mobile Services (HMS) əvvəlcədən quraşdırılmış mobil tətbiq və xidmətlər paketini ictimaiyyətə ilk dəfə olaraq təqdim etdi.

Bu paket bütün dünyada istifadəçilərə gündəlik tapşırıqların daha sürətli və rahat həlli üçün yeni imkanlar təklif edir.

HUAWEI AppGallery, HUAWEI Browser, HUAWEI Mobile Cloud, HUAWEI Themes, HUAWEI Music, HUAWEI Video, HUAWEI Reader, HUAWEI Assistant servisləri və, HMS ekosisteminə daxil olan digər tətbiq və xidmətlər bütün dünyada işə salınıb və HUAWEI məhsullarının vacib tərkib hissəsinə çevrilib.

HUAWEI Browser - Mate 30 seriyasından smartfon istifadəçilərinə səhifələrin sürətli yüklənməsi, şəbəkədə rahat axtarış və tam məxfiliyə zəmanət verən təhlükəsiz və istifadəsi rahat mobil brauzerdir. Bu gün brauzerin aylıq aktiv auditoriyası 200 milyondan çoxdur.  

HUAWEI Mobile Cloud -hesabın identifikasiyasından tutmuş məlumatların ötürülməsi və mühafizəsinədək istifadəçilərin məlumatlarının hərtərəfli mühafizəsini təmin edən bulud servisidir. Servis şəkil, video və əlaqə nömrələri kimi şəxsi məlumatları qorumağa imkan verir və istifadəçilərə fayllarını təhlükəsiz şəkildə idarə etməyə kömək edən çoxkanallı sinxronlaşmanı təmin edir. Servisin aktiv istifadəçilərinin sayı 160 milyona çatıb. 

HUAWEI Themes menyu mövzularına tənzimlənən bloklama ekranı, fərdiləşdirilmiş tətbiq nişanları və menyu üçün on minlərlə əlçatan dizayn daxildir. Servisin aktiv istifadəçilərinin sayı 70 milyonu keçib. Bundan əlavə, HUAWEI Mobile Services HUAWEI Mate 30 smartfonlarının istifadəçilərinə zəngin keyfiyyətli audio və video kontent seçimi təklif edəcək. HUAWEI Music servisində istifadəçilərə on milyonlarla musiqi kitabxanası, məşhur mahnı siyahıları və audio kitablarla kanalların olduğu geniş çeşiddə müxtəlif audio kontent və tətbiqlər təqdim olunacaq. Hal-hazırda HUAWEI Music servisi dünyanın 70-dən çox ölkə və regionunda əlçatandır və ayda 150 milyondan çox insana xidmət göstərir.

Youku, Mango TV, Sohu.com, Jetsen Huashi Wangju, HUACE FILM&TV, Sony, Disney və digər qlobal tərəfdaşlarla əməkdaşlıq edən HUAWEI Video video servisi istifadəçilərə geniş çeşiddə audio və video kontent seçimi təklif edir. Youku və Mango TV-dən məşhur yayımlar, on minlərlə Hollivud və Çin kinofilmləri, öyrədici, əyləncəli proqram və təhsil proqramları istifadəçilərin xidmətindədir. Hal-hazırda HUAWEI Video servisi Çin, İspaniya, İtaliya və digər ölkələrdə istifadəçilər üçün əlçatandır, aylıq auditoriya isə 130 milyondan çoxdur. 

HUAWEI Reader servisi istifadəçilərə klassik ədəbiyyatdan tutmuş müxtəlif kateqoriyalarda bestsellerlə kimi bir milyondan çox kitaba giriş təqdim edən IReader Technology, Dianzhong Technology, Ali Literature və China Literature daxil olmaqla Çin bazarında onlarla tərəfdaşla əməkdaşlıq edir. Yaxın zamanlarda HUAWEI Reader qlobal bazara çıxacaq və beynəlxalq rəqəmsal oxu platformasına çevriləcək. 

HUAWEI Assistant virtual köməkçisi HUAWEI Mate 30 smartfonlarının satışa buraxılması ilə hamı üçün əlçatan olacaq. Onun sayəsində barmağı ekranda bir dəfə sürüşdürmək bir sıra servis, qlobal axtarış, xəbər lentləri və digər ağıllı servislərə giriş üçün kifayət edəcək. Xəbər lentlərinin məlumat servisi dünyanın 82 ölkə və regionunda 30 ildə işləyir və, vacib hadisələr barədə intellektual xatırlatmaları və fond bazarları haqqında 150-dən çox informasiya mənbəyi təklif edir.  Mate 30 seriyasından smartfonlarda HUAWEI AppGallery tətbiq paylama platforması quraşdırılır. 2018-ci ilin aprel ayında bütün dünyada buraxıldığı andan  HUAWEI AppGallery aylıq auditoriyası dünyanın 170 ölkə və regionundan 390 milyondan artıq təşkil etmiş, il ərzində istifadəçilər servisdən 180 milyard yükləmə həyata keçirmişdir. 

HMS ekosisteminə daha çox tərtibatçı qoşulduqca, HUAWEI AppGallery platformasında yerləşdirilən məşhur xarici tətbiqlərin sayı da artır.