Gürcüstanda "Mavi balina" oynayan


Dünya 01 Okt 2019 11:57:00 245 0

Gürcüstanda "Mavi balina" oynayan

Gürcüstanın İmereti rayonunun Tskaltubo qəsəbəsində 18 yaşlı oğlan özünü 9 mərtəbədən ataraq intihar edib.

Son.az APA-ya istinadən xəbər verir ki, qohumları gəncin "Mavi balina" oynadığını bildiriblər.

Oğlunun ölümündən sonra anası da intihar edib. 

Oğlanın təhsil aldığı ictimai məktəbin direktoru bildirib ki, ailə üzvlərinin ölümündən sonra evdə şübhəli qeydləri olan bir vərəq tapılıb.