Siyəzən Dadlı toyuğun evinə səyahət 1984-2019 (VİDEO)


Digərləri 01 Okt 2019 11:55:00 369 0

Siyəzən Dadlı toyuğun evinə səyahət 1984-2019 (VİDEO)

Müasir zamanda sağlam və düzgün qidalanma bir çox faktorlardan asılıdır.

Bakı. Müasir zamanda sağlam və düzgün qidalanma bir çox faktorlardan asılıdır. Mətbəximizə daxil olan məhsulun necə hazırlanmasına, yeməyin dadlı olmağına əlbəttə ki, hər zaman önəm veririk. Bəs seçilən məhsul necə? Rasionumuzun kifayət qədər böyük hissəsini tutan toyuq və toyuq məhsulları alarkən hansı prinsipləri əsas götürürük? Çünki bugünkü düzgün seçimimiz sağlamlıqla bərabər gələcək nəslimizin də gümrahlığına birbaşa dəlalət edir. “Siyəzən Broyler” ASC quşçuluq fabriki sağlamlığınızın keşiyində dayanaraq həm dadlı, keyfiyyətli, həmçinin halal və gigiyenik təmiz məhsulları ilə evinizə qonaq gəlir. Siz sadəcə evinizə toyuq alırsız. Geridə qalanını isə biz düşünürük. Təmiz yemlə bəslənmiş toyuqlar dadı ilə bərabər keyfiyyəti ilə də mətbəxinizin sevilən, seçilən qidası olacaq. Daim halallığı düşünən alıcılar isə könül rahatlığı ilə "Siyəzən Broyler" məhsullarını ala bilərlər. Çünki "Siyəzən Broyler"in toyuqları halallıq prinsiplərini əsas götürərək kəsilir, təmizlənir. Bu prosesdə gigiyenik qaydalara da standartlara uyğun şəkildə əməl olunur. Sağlamlığa gedən yol ilk olaraq qidadan keçir. Qida rasionunuzun əsas hissəsini tutan toyuq və toyuq məhsullarının dadlı, keyfiyyətli, həmçinin halal və gigiyenik olmasını istəyirsizsə "Siyəzən Broyler"in məhsulları ən doğru seçiminizdir. “Siyəzən Broyler” ASC təsis olunduğu gündən bu vaxta qədər istehsal etdiyi məhsulların keyfiyyətini, eyni zamanda istehlakçının tələbatlarına önəm verərək istehsalını bu istiqamətdə mütəmadi olaraq inkişaf etdirir. Siyəzən - Broyler ASC-nin Ulu Öndər, Müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin şəxsi təşəbbüsü və böyük dəstəyi ilə ötən əsrin 80-ci illərində tikilib istifadəyə verilmişdir. Ulu Öndər o, zaman Sovetlər birliyinin rəhbərliyində yüksək vəzifədə təmsil olunmasına baxmayaraq vaxt tapıb fabrikin açılışını etmiş və onun fəaliyyətinə öz xeyir-duasını vermişdir. 1984-cü ildə tikilib istifadəyə verilmiş, hal-hazırda Respublikanın və bütün Qafqazın ən iri ətlik istiqamətli quşçuluq fabriki 2000-ci ildən etibarən "Siyəzən Broyler" fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlayıb. Fabrikin istehsal həcmi aparılmış yenidənqurma işləri nəticəsində o gündən bu günə qədər 4 dəfə artırılmışdır Artıq 35 ildir ki, “Siyəzən Broyler” ASC fabriklərində bir çox çeşiddə quş əti istehsal olunur. Təbii üsulla yetişdirilən quşlar ekoloji cəhətdən saf Şollar suyu və yüksək keyfiyyətli yemlə bəslənir. 35 illik fəaliyyəti ərzində əhalinin tələbatını yüksək səviyyədə ödəməyə nail olan “Siyəzən Broyler”ASC quşçuluq fabriki yenilənməni, müasir standartları istehsal prosesinə gətirməyi də özünə borc bilir. 2018-ci ildən etibarən “Siyəzən Broyler” ASC fabriklərində yenidənqurma və bərpa işlərinə başlanılıb. Bunun üçün müəssisə dünyanın aparıcı şirkətlərindən olan Hollandiyanın “VDL Agrotech”, “Meyn” və “Pas Reform” şirkətləri ilə müqavilə imzalayib. Bundan əlavə, “Siyəzən Broyler” məhsulların qablaşdırmasını da yeniləyib. Beləliklə, Dadlı Toyuğun keyfiyyəti daha da yüksək səviyyəyə qalxmışdır. Keçirilən tədbirlər nəticəsində “Siyəzən Broyler” ASC-nin kəsimxanası Azərbaycanda və Cənubi Qafqaz bölgəsində ən iri və müasir kəsimxana statusunu qazanıb. Dünya standartlarına uyğun qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuş fabrik təyinatına görə respublikanın ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı statusunu bu günə qədər qoruyub saxlayır. Bakı və Sumqayıt şəhərlərini, həmçinin Respublikanın bütün regionlarını yüksək keyfiyyətli məhsulla təmin edən “Dadlı Toyuq” yeni sima, yeni keyfiyyəti ilə görüşünüzə hazırdır. Təmiz, dadlı, keyfiyyətli və halal toyuq məhsullarının mətbəxinizə doğru ilk addımı əlbəttə ki, Siyəzən Broyler ASC-nin inkubatoriyasından başlayır. Toyuq istehsalı prosesinin birinci mərhələsində yumurtalar inkubatoriyada 21 gün saxlanılır. Onu da qeyd edək ki, daha öncə mövcud olan inkubatoriyanın aylıq həcmi 2,2 milyon yumurta təşkil edirdi. lakin davamlı inkişafı özünə prinsip seçən "Siyəzən Broyler" ASC yeni müasir inkubatoriyanın tikintisinə başlayıb. Bu sahədə ən qabaqcıl şırkətlərdən olan Hollandiyanın Pas Reform şirkəti ilə müqavilə imzalayaraq, əlavə 2,5 milyon yumurta qoyulmasına imkan verən yeni müasir inkubatoriyanın tikilməsinə start verib. Hazırda inkubatoriyanın tikintisi davam edir. Nəzərə alsaq ki. "Siyəzən Broyler" ASC Bakı və Sumqayıt şəhərlərini, həmçinin Respublikanın bütün regionlarını yüksək keyfiyyətli məhsulla təmin edir, yenidənqurma işləri bu sayı artırmaqla yanaşı keyfiyyətə də müsbət nəticələr verəcək. Süfrənizi şad günlərdə bəzəyən dadlı toyuqların ikinci dayaq nöqtəsi cücə damlarından başlayır. Aparılan yenidənqurma və bərpa işləri nəticəsində 168 dam bərpa olunub istismara verilib. həmçinin 168 damın yerinin və ətrafının betonlaşdırılması işi həyata keçirilib. Bundan əlavə, fabrikdə Hollandiyanın VDL Agrotech şirkətinin müasir avadanlıqları ilə təchiz olunmuş 42 yeni damın tikintisinə başlanılıb. Həmin damların hər biri 35.000 ədəd quş tutumuna malikdir. Hazırda cücə damlarının elektrik, su və kanalizasiya xətlərinin tamamilə dəyişdirilməsi prosesi ilə yanaşı biogüvənliyin və iş şəraitinin artırılması məqsədi ilə fabrik daxilində əlavə yollar çəkilib, ətraf ərazilər tamamilə asfaltlanıb. Növbəti mərhələ quşların düzgün və təmiz yemlə bəslənməsidir. Əgər bəslənmə sağlam deyilsə heç bir keyfiyyətdən söz gedə bilməz. ataların yaxşı misalı da var "nə tökərsən aşına, o da çıxar qaşığına". Toyuqlar yaxşı qida ilə qidalanmasa əti də dadlı olmaz. “Siyəzən Broyler” ASC-nin yem fabriki 2017-ci ilin sentyabr ayından etibarən yenidən qurulmağa başlandı. Fabrikdə saatda 20 ton yem istehsal gücü olan müasir avadanlıqlar və saatda 10 ton emal gücü olan Ekstruder avadanlığı quraşdırıldı. Müəssisənin ərazisində yem fabrikinin tələbatının ödənməsi və əlavə xammal ehtiyatının saxlanılması üçün 4 ədəd 2000 tonluq silos və hazır yemin saxlanması üçün 8 ədəd 50 tonluq bunkerlər tikildi. Əlavə saatda 30 ton istehsal gücü olan yeni yem fabriki inşa olunur. Ən əsası isə gətirilən xammal fabrikin ərazisində yenidən qurulmuş və müasir standartlara cavab verən laboratoriyada yoxlanılır. Gətirilən xammalların birbaşa yem fabrikinə daşınması yaxınlıqdakı dəmir yolu vasitəsilə həyata keçirilir. Müəssisənin balansında olan və 3 km məsafədə yerləşən həmin dəmir yolları tamamilə yenilənib. Toyuqların sağlam qidalanması onların keyfiyyətinə dəlalət edir. Siyəzən Broyler məhsulları rahatlıqla güvənə biləcəyiniz seçimdir. Son mərhələ kimi toyuqların gigiyenik qaydalara və halal prinsiplərə əməl olunaraq kəsilməsidir “Siyəzən Broyler” ASC daha yüksək xidmət göstərmək məqsədi ilə fabrikinin kəsimxanasında yenidənqurma işləri aparıb. Hollandiyanın "Meyn" firması ilə imzalanmış müqaviləyə əsasən bütün kəsimxana ən müasir tələblərə cavab verən, istehsal gücü saatda 10.000 ədəd quş olan avadanlıqlarla təchiz olunub. Bundan əlavə Meyn firması ilə imzalanmış müqaviləyə əsasən istehsal gücü saatda 12.000 ədəd quş olan yeni kəsimxananın tikintisi başa çatmaq üzrədir. Keçirilən tədbirlər nəticəsində Müəssisənin kəsimxanası Azərbaycanda və Cənubi Qafqaz bölgəsində ən iri və müasir kəsimxana statusunu qazanıb. Aparılan yenidənqurma işləri və iki növbəli iş rejiminin tətbiqi gün ərzində 250 min baş quşun kəsilərək emal olunmasına imkan yaradır