Nişanlısı ilə ginekoloqdan çıxan jurnalist tutuldu


Dünya 01 Okt 2019 11:48:00 240 0

Nişanlısı ilə ginekoloqdan çıxan jurnalist tutuldu

28 yaşlı qadın jurnalist nikahsız cinsi münasibət yaşadığına görə həbs olunub.

Son.az BBC-yə istinadla xəbər verir ki, 28 yaşlı jurnalist Həcər Raissouni nikahsız dünyaya gələcək körpəsini abort etdirdiyinə və ailə qurmadan cinsi əlaqədə olduğuna görə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Mərakeşli jurnalist avqust ayında nişanlısı ilə birlikdə gineokoloqun otağından çıxarkən saxlanılıb. Onun həbsi barədə qərar paytaxt Rabat şəhərində etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

Həcər Raissouni iddiaları təkzib edərək, daxili qanaxmaya çarə axtardığını bildirib. "Biz qərardan şoka düşdük", - Həcərin vəkili söyləyib.