"Qazi və ya deputat olmaq heç kəsə qanunu pozmaqla bağlı əlavə üstünlük vermir"


Digərləri 01 Okt 2019 11:21:00 341 0

"Qazi və ya deputat olmaq heç kəsə qanunu pozmaqla bağlı əlavə üstünlük vermir"

Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərini pisləyib.

Son.az xəbər verir ki, deputat E.Məmmədov demokrat.az-a açıqlamasında bildirib ki, qazi və ya veteran olmaq heç kəsə qanunu pozmaqla bağlı əlavə üstünlük vermir:

"Əgər bu hadisə ilə bağlı qanun kim tərəfindən pozulubsa, o, qanun qarşısında məsuliyyət daşıyır. Fərqi yoxdu, onlar ya SOCAR əməkdaşı, yaxud da veteranlar olub. Hər kəs qanun qarşısında bərabərdir".

Deputat deyib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ qazilərinə, müharibə veteranlarına və əlillərə xüsusi diqqət göstərilir: