BSU-da Beynəlxalq Tərçüməçilər gününə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)


Digərləri 01 Okt 2019 11:30:00 188 0

BSU-da Beynəlxalq Tərçüməçilər gününə həsr olunmuş dəyirmi masa keçirilib (FOTO)

BSU-da Beynəlxalq Tərçüməçilər gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı. Sentyabrın 30-da Bakı Slavyan Universitetində (BSU) Elmi-tədqiqat layihələri laborotriyasının tərcümə və leksikoqrafiya bölməsinin təşkilatçılığı ilə Beynəlxalq Tərçüməçilər gününə həsr olunmuş “Müasir tərcümənin aktual problemləri: tədris, nəzəriyyə, təcrübə” adlı dəyirmi masa keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraq Beynəlxalq Tərçüməçilər Gününün xüsusi bayram kimi qeyd olunmasını yüksək dəyərləndirib, peşəkar tərcüməçiləri bayram münasibətilə təbrik edib. O bildirib ki, bu gün hər bir mədəni xalq üçün xüsusi bayramdır. Tarix boyu dünya elminə töhfələr verən alim və ziyalılarımızın əvəzsiz xidmətlərindən danışan N.Əliyeva qeyd edib ki, bu alimlərin dünya salnaməsinə düşməsi məhz tərcümə elminin inkişafı sayəsində baş verib. N.Əliyeva deyib ki, Azərbaycanda dünya xalqlarının mədəniyyətinin tanınmasında, o cümlədən qadına məxsus dəyərlərin aşılanmasında Puşkinin, Lermontovun, Dostoyevskinin, Saltıkov Şedrinin əsərlərinin dilimizə tərcüməsinin böyük rolu var. O vurğulayıb ki, dünyəvi elm və təhsilin inkişafı, dünya mədəniyyəti ilə tanışlıq tərcümə sahəsi olmadan mümkün deyil. Rektor BSU-da uzun illər tərcümə mərkəzinin fəaliyyət göstərməsini, bu mərkəzin mütəxəssisləri tərəfindən dünya ədəbiyyat incilərinin Azərbaycan dilinə peşəkarlıqla tərcümə edilməsini yüksək qiymətləndirib. Həmin mərkəzin hazırda yeni Start ap layihəsi əsasında daha geniş istiqamətdə fəaliyyət göstərdiyini deyən N.Əliyeva tərcümə istiqamətində qarşıdan duran planlardan da söz açıb. BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov çıxışında vurğulayıb ki, respublika üzrə tərcüməçilik sahəsinə BSU-da tədris olunan slavyan dilləri, o cümlədən yunan dili xüsusi töhfələr verə bilər. Qeyd edilən dillər üzrə peşəkar tərcümə üçün məhz BSU-ya müraciət etməyin məqsədəuyğun olduğunu bildirən R.Novruzov tərcümə mərkəzləri ilə sıx əməkdaşlıq qurmağın əhəmiyyətini diqqətə çatdırıb. BSU-nun tədris işlər üzrə prorektoru, professor Telman Cəfərov bildirib ki, texnologiyanın inkişaf etdiyi müasir dövrdə ortaya çıxan tərcümə proqramları tərcümə prosesinin daha da asanlaşmasına şərait yaradıb. Əyani lüğət vəsaitlərinin elektron formaya salınmasını məsləhət görən T.Cəfərov virtual şəkildə bu lüğətlərin daha çox oxucu kütləsi qazanacağını bildirib. Onun sözlərinə görə, son illər ərzində BSU-nun bir çox istedadlı tələbəsinin tanınmış tərcümə mərkəzlərində işlə təmin olunması halı artıb. Bu isə universitetin peşəkar tərcüməçi yetişdirməsinin göstəricisidir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanımnda Dövlət Tərcümə Mərkəzinin Elm, Təhsil və Mədəniyyət şöbəsinin direktoru Etimad Başkeçid çıxışında müasir tərcümə proqramlarının inkişafına baxmayaraq, hər zaman insan faktoruna əyani şəkildə ehtiyac yrandığını bildirib. Tərcüməçiliyin inkişafında praktik təcrübənin önəmini xüsusi vurğulayan E.Başkeçid Azərbaycan Dövlət Tərcümə Mərkəzinin BSU ilə gələcəkdə tərcümə sahəsində vacib dərs vəsaitlərinin nəşrində müştərək əməkdaşlıq qurması fikrini irəli sürüb. “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktorunun müavini Mahir Qarayev hazırda ölkəmizdə keçmiş sovet dönəmindən fərqli olaraq tərcümə sahəsində demokratiya hökm sürdüyünü bildirib. Bu gün dilimizə tərcümə olunan kitablarda bədii və obrazlı təsvirin zəif olmasınının səbəbini bəzi tərcüməçilərin Ana dilini dərindən bilməməsində görüb. Sonra BSU-nun Tərcümə fakültəsinin dekan müavini Sevinc Xudiyeva fakültədə ixtisaslaşma və tədris prosesi, peşəkar kadr hazırlığı barədə geniş məlumat verib. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının Xarici dillər və ökəşünaslıq kafedrasının baş müəlimi Nəsibə Abbasova qloballaşma dövründə multikultural idarəetmənin inteqrasiya prosesinə çevrildiyi, tərcümə sahəsində dünya oxucusunun zövqünün nəzərə alınmasının əhəmiyyəti, tərcümə sayəsində dilimizdə yeni sözlərin yaranmasına ehtiyac yaranması və digər məsələlər barədə söz açıb.