Baş Prokurorluqda 961 Çağrı Mərkəzinə vətəndaşlar pulsuz zəng edə biləcəklər


Digərləri 01 Okt 2019 11:10:00 183 0

Baş Prokurorluqda 961 Çağrı Mərkəzinə vətəndaşlar pulsuz zəng edə biləcəklər

Baş Prokurorluqda yeni yaradılan 961 Çağrı Mərkəzinə vətəndaşlarımız pulsuz zəng edə biləcəklər.

Bakı. Samir Əli - Baş Prokurorluqda yeni yaradılan 961 Çağrı Mərkəzinə vətəndaşlarımız pulsuz zəng edə biləcəklər. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib. Baş prokurorun sözlərinə görə, həmin Çağrı Mərkəzini idarə edən şöbə prokurorları prokurorluq əməkdaşlarının qanunsuz əməlləri barəsində şikayətləri qəbul edəcəklər: "Eyni zamanda, prokurorluğun fəaliyyət istiqaməti üzrə konkret cinayət işləri, baxılan materiallar və digər şikayətlərin dinlənilməsi həyata keçiriləcək. Hər bir proses audioyazı ilə təsbit olunacaq. Bütün zənglər barədə Baş Prokurora məruzə olunacaq. Baş Prokuror tərəfindən qərarların icrası bağlı müvafiq tapşırıqlar veriləcək".