Qaz xətti zədələndi,


Digərləri 01 Okt 2019 10:49:00 214 0

Qaz xətti zədələndi,

Dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər.

Bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə 5 kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.