Anar türkiyəli məşhura makiyaj etdi,


Şou-biznes 01 Okt 2019 10:17:00 435 0

Anar türkiyəli məşhura makiyaj etdi,

Hazırda Türkiyədə olan stilist Anar Ağakişiyev Selin Ciğerci ilə bir araya gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, son günlər cinsiyyətini dəyişərək qadın olan məşhura stilist makiyaj edib.

Anarın əl işini bəyənən Selin sosial şəbəkədə onunla bağlı video paylaşıb və ünvanına təriflər yağdırıb. Ciğerci noyabrda Azərbaycana gələcəyini, Ağakişiyevlə işbirliyi olacağını söyləyib.

"Makiyajı sevmirəm. Amma Anar möhtəşəmdir. Nə qədər gözəl oldum. Toydan sonra Azərbaycandayam" deyə, Selin bildirib.

Paylaşım qısa vaxtda 78 mindən çox bəyəni toplayıb və 770-ə qədər şərh gəlib. Şərh yazanlar arasında türkiyəli müğənni İrem Derici də yer alıb. O, makiyaja "Voov" yazaraq, heyrətini gizlətməyib.