"Efirdə məşuqunun adını çəkməyi, hətta onun titulunu sadalamağı da namusdan, ardan üstün tuturlar"


Kriminal 01 Okt 2019 10:04:00 256 0

"Efirdə məşuqunun adını çəkməyi, hətta onun titulunu sadalamağı da namusdan, ardan üstün tuturlar"

İndi tamaşaçılara mədəniyyətdən daha çox, mədəniyyətsizlik təbliğ olunur.

Son.az xəbər verir ki, bu sözləri xalq artisti Afaq Bəşirqızı ötən gün İctimai televiziyada yayımlanan "3D" verilişində Dadaş Dadaşlinksi ilə söhbəti zamanı söyləyib.

Televiziyanın indiki vəziyyətindən gileylənən aktrisa "bu 20 dəqiqəlik söhbətə sığan məsələ deyil" deyərək suala qısa cavab verib.

""İndi tamaşaçılara mədəniyyətdən daha çox, mədəniyyətsizlik təbliğ olunur. Buna görə də biz tamaşaçını qınamamalıyıq. Səhnəyə çıxan şəxs, kim olursa olsun, hansı sənətin sahibi olursan ol, sən öz şəxsiyyətini qiymətləndirməlisən. Şəxsiyyətin yüksək olmalıdır. Çünki səni seçənlər təkcə ifana baxmırlar. Biz tamaşaçının arxasınca getməməliyik, tamaşaçını arxamızca aparmalıyıq. Amma hansı formada?! Sən hansı formada gedirsən ki, arxanca da kütlə istəyirsən? Bax əsas məsələ budur. 20 dəqiqəlik söhbətə sığan məsələ deyil, böyük dərddir.