Baş prokuror: Ötən bir il ərzində korrupsiya ilə bağlı 27 cinayət işi başlanılıb


Digərləri 01 Okt 2019 09:56:00 243 0

Baş prokuror: Ötən bir il ərzində korrupsiya ilə bağlı 27 cinayət işi başlanılıb

Ötən ilin peşə bayramından hazırkı dövrədək olan müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8118 müraciəti daxil olub.

Bakı. Elçin Mehdiyev – Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından hazırkı dövrədək olan müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vətəndaşların 8118 müraciəti daxil olub. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov bildirib. Z.Qaralov qeyd edib ki, "Qaynar xətt” əlaqə mərkəzi üzrə müraciətlərin 3302-si nəzarətdə saxlanılmaqla aidiyyətı üzrə nazirlik, komitə və təşkilatlara göndərilib, 117-si prokurorluğun müvafiq struktur qurumlarında, 217-si isə Baş İdarədə araşdırılıb, korrupsiya ilə əlaqədar olmayan məsələlərlə bağlı 46 müraciət üzrə vətəndaşlara hüquqları izah edilib. Baş prokurorun sözlərinə görə, həmin müraciətlərin 27-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa olunub və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin