Qusarda icazəsiz ov edən şəxslər cərimələndilər


Digərləri 01 Okt 2019 09:18:00 301 0

Qusarda icazəsiz ov edən şəxslər cərimələndilər

Qusarda icazəsiz ov edən şəxslər saxlanılıb.

Bakı. Ceyhun Ələkbərov - Qusarda icazəsiz ov edən şəxslər saxlanılıb. Eokologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonu Ləyərqışlaq kəndi ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan 5 ov tüfəngi və 32 patron götürülüb. Araşdırma zamanı brakonyerlərin Qusar rayon sakinləri Rəşad Əlirzayev, Marif Fətiyev, Alim Yüzbəyov, Rasim Əlimuradov və Xaçmaz rayon sakini Xalid Binəliyev olduğu məlum olub.