ANAMA ay ərzində 579 ədəd partlamamış hərbi sursat aşkarlayıb FOTO


Digərləri 01 Okt 2019 08:43:00 242 0

ANAMA ay ərzində 579 ədəd partlamamış hərbi sursat aşkarlayıb  FOTO

ANAMA 2019-cu ilin sentyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a bildirilib ki, 2019-cu ilin sentyabr ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində 930 098 m² (93,01 ha) ərazi yoxlanılmış, 579 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 581 ədəd), 1 ədəd piyada əleyhinə təlim məqsədli mina və 413 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilmişdir.

Əməliyyatlarda 461 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 537 807 552 m² (53 780,76 ha) ərazi təmizlənmiş, 804 850 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

(adsgarden = window.adsgarden || []).push({});