Apple AirPods bütün rəqiblərini əzir


Digərləri 01 Okt 2019 08:55:00 244 0

Apple AirPods bütün rəqiblərini əzir

Araşdırma şirkəti "Counterpoint" ABŞ bazarında ən populyar beş simsiz qulaqlıq markasının tədqiq edildiyi yeni bir hesabat yayımlayıb. TED.az xəbər verir ki, simsiz qulaqlıq seçimində Apple AirPods bütün rəqiblərini üstələyib.

Son.az ted.az-a istinadən bildirir ki, Bose, Samsung və Sony simsiz qulaqlıqları AirPods istifadəçisi olan 57%-ə yaxınlaşa bilməyib. İkinci yerdə 37%-lə Bose, üçüncü yerdə isə 33%-lik göstərici ilə Samsung qərarlaşıb.

Analitiklərin fikrincə, AirPods-un yüksək faizlə üstünlük qazanması heç də təəccüblü deyil. Apple-ın intensiv dəstəyi ilə bərabər istifadəsinin asanlığı, daşınması və rahatlığı əsas amillərdir.

Apple Watch və AirPods tərəfindən əldə edilən gəlirin yaxın illərdə Mac və iPad-dən qazanılan gəlirləri üstələməsi gözlənilir.

(adsgarden = window.adsgarden || []).push({});