Google Assistent kənar səslərdən daha az təsirlənəcək


Digərləri 01 Okt 2019 08:35:00 260 0

Google Assistent kənar səslərdən daha az təsirlənəcək

Google şirkəti Assistenti daha həssas hala gətirmək üçün yeni yaxşılaşdırmalar üzərində işlədiyini açıqladı. Google şirkəti tərəfindən verilən şərhə görə, Assistenti artıq kənar səslərdən çox daha az təsirlənəcək hala gətirmək üçün işlər davam edir.

Yeni təkmilləşmə işləri ilə birgə artıq Assistent, səsli mühitlərdə səsinizi daha asan ayırd edə biləcək.

Google şirkəti Assistentlə əlaqədar yenilikləri bir blog yazısı ilə təqdim etdi: "Yaxında, Google Assistent ilə cihazlarınızda istəklərə daha həssas olacaq bir dəyişikliyin yolunu əlavə edərək, istənməyən fəaliyyətləri azaltmaq üçün sizə daha çox imkan təmin edəcəyik".

Yeni təkmilləşmənin nə vaxt tətbiq edilməsi, ya da təfərrüatları haqqında bir şərh verilmədi.

Səs-küylü bir evdə yaşayır, ya da səs-küy olan bir iş yerində işləyirsinizsə, Assistentin bəzi əmrləri anlamaqda çətinlik çəkdiyini görmüş ola bilərsiniz. Assistent, səsli əmri anlamadığı hallarda, ən yaxın cavabları önünüzə gətirir. Bu da bəzi yanlışlığa səbəb olur.

(adsgarden = window.adsgarden || []).push({});