Əsl balıq kimi yaxşı üzə bilən robot:


Digərləri 01 Okt 2019 08:11:00 334 0

Əsl balıq kimi yaxşı üzə bilən robot:

Virciniya Universiteti və Harvard Universiteti əməkdaşlığı ilə hazırlanan bir robot balıq, bioloji məlumatlarla robot birləşməsindən meydana gəlir. Elm insanlarının sarı üzgəcli orkinosların üzmə dinamikliyini araşdıraraq əldə etdiyi məlumatlarla yaradılan Tunabot, əsl balıqlar qədər sürətli formada üzə bilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Professor Hilari Bart-Smit tərəfindən idarə olunan robot orkinos layihəsi daxilində yaradılan bu robotu, digərlərindən ayıran bənzərsiz xüsusiyyətlər var. Belə ki Tunabot, gerçək bir balığın sahib olduğu hərəkət qabiliyyətinə sahibdir. Smith məqsədlərinin yalnız üzə bilən bir robot etmək olmadığını ifadə etdi.

Elm insanları, Tunabotu yaratmadan əvvəl elmi olaraq üzmə fəaliyyətinin necə olduğunu tam olaraq anlamağa çalışdılar. Harvard professorlarından Corc V. Lauderin rəhbərliyi altında olan bir qrup, balıqların necə bu qədər yaxşı və məhsuldar bir şəkildə üzdüklərini anlaya bilmək üçün sarı üzgəcli orkinosların üzmə dinamikasını araşdırdılar. Mövzuyla əlaqədar şərhlər verən Lauder, dəniz canlılarıyla əlaqədar sərhədsiz qaynağa çata bildiyini, ancaq balıqların necə bu qədər yaxşı üzə bildiklərinə dair bioloji məlumatların olmadığını açıqladı. Tunabotun yalnız bir robot olaraq düşünülməməsi lazım olduğunu ifadə edən Lauder, bu layihənin həm robot texnologiyaları, həm də bioloji məlumatları bir araya gətirdiyini və bu xüsusiyyəti sayəsində bənzərsiz olduğunu ifadə etdi.

(adsgarden = window.adsgarden || []).push({});