Təzyiqi özü nizamlayan təkər


Digərləri 01 Okt 2019 07:51:00 272 0

Təzyiqi özü nizamlayan təkər

Continental şirkəti Frankfurt Avtomobil Sərgisində yeni təkərini tanıtdı. Continental şirkətinin yeni təkəri, vəziyyəti idarə edilə biləcək və təkər təzyiqi anında nizamlana biləcək.

Continental şirkəti dünya tərəfindən məşhur avtomobil təkəri istehsalçılarından biridir. Şirkət nəqliyyat vasitələrinin təkərlərinə yenilikçi həllər gətirməyə çalışır. Continental şirkəti son olaraq Frankfurt Avtomobil Sərgisində yeni təkərini tanıtdı. Bu şirkət tərəfindən yeni tanıdılan təkərdə, mühəndislik və elektron inteqrasiya sayəsində rəqəmsal olaraq izlənilə biləcək və təzyiqi istənilən anda nizamlana biləcək.

Yanacaq məhsuldarlığı söz mövzusu olduğunda təkər təzyiqi əhəmiyyətli bir faktor təşkil edir. Aparılan son araşdırmalara görə 7.5 psi təzyiqində olan az şişirdilmiş bir təkər, nəqliyyat vasitələrinin yanacaq sərfiyyatında 2.8%-lik bir artıma səbəb olur. Araşdırmaçılara görə, nəqliyyatda olan vasitələrin 25%-nin təkərləri əlverişsiz haldadır.

Yanacaq məhsuldarlığını artıran təkərlər üzərində işləyən Continental şirkəti istənilən anda təzyiqi nizamlana bilən bir təkər təqdim etdi. Continental şirkəti yeni təkərini üzərindəki texnoloji əlaqəyə sahib, avtonom, etibarlı mənasını verən CARE olaraq adlandırdı.

(adsgarden = window.adsgarden || []).push({});