Peru prezidenti ölkə parlamentinin buraxıldığını elan edib


Dünya 01 Okt 2019 07:25:00 205 0

Peru prezidenti ölkə parlamentinin buraxıldığını elan edib

Peru prezidenti Martin Viskarra bu gün Konqresin buraxılmasını elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, dövlət başçısının çıxışı Facebook-da yayımlanıb.

M.Viskarra deyib: "Konstitusiyaya uyğun olaraq Konqresin buraxılması və seçkiləri keçirilməsi qərarına gəldim".

Perunun Prezindenti əlavə edib ki, bu təcili tədbir vətəndaşlara nəhayət öz mövqelərini bildirməyə, seçkilərdə və səsvermədə iştirak etməklə ölkənin gələcəyini müəyyən etməyə imkan verəcəkdir.