Ən böyük video platformu Youtube necə yarandı?


Digərləri 01 Okt 2019 07:31:00 257 0

Ən böyük video platformu Youtube necə yarandı?

Bu gün həyatımızda böyük yer tutan YouTube necə quruldu? Belə bir qısa müddətdə necə böyük bir uğur qazandı?

YouTube, 2005-ci ildə bir qaraj ofisində Steve Chen, Chad Hurley və Jawed Karim adlı üç gənc sahibkar tərəfindən quruldu. Təsisçilərdən biri Hurley dizaynı, Chen və Kərim kompüter ixtisasını bitirən PayPal işçiləri idi.

Öz videolarını paylaşmaq istədilər!

Son.az techland.az-a istinadən bildirir ki, PayPal-da birlikdə işləyən Chen və Hurvey, 2005-ci ilin yanvar ayında evlərində təşkil etdikləri şənlikdə çəkilən şəkil və videoları bölüşmək istədilər. Lakin video və fotoların ölçüsünün böyük olması onlara çətinlik yaratdı. Yaşanan bu problemə iki dost bir həll tapmaq istədilər və böyük sənədlərin paylaşılmasına imkan verən bir həll tapmağa çalışdılar. May ayında ilk test videosunu təqdim edən YouTube.com, sözün əsl mənasında dekabr ayında yayımlanmağa başladı.

Qurulan il investisiya aldı!

İlk aylarda YouTube yalnız investorlardan qazandığı maliyyə ilə irəliləyirdi. Elə həmin il Sequoia Capital şirkətindən 11.5 milyon dollar sərmayə qazandı. 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara alındı. Hal hazırda Google tərəfindən idarə olunan YouTube-un ofisi  Kaliforniyada yerləşir.

(adsgarden = window.adsgarden || []).push({});