“Qafqaz Qartalı - 2019” təlimində xüsusi təyinatlılar “düşmən” müdafiəsinin dərinliyinə sızıblar (FOTO)


Digərləri 01 Okt 2019 01:29:55 315 0

“Qafqaz Qartalı - 2019” təlimində xüsusi təyinatlılar “düşmən” müdafiəsinin dərinliyinə sızıblar (FOTO)

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri gecə vaxtı gizli və müxtəlif yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızıblar

Bakı. “Qafqaz Qartalı - 2019” təliminin planına əsasən Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri gecə vaxtı gizli və müxtəlif yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızıblar. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, xüsusi təyinatlılar vacib strateji və hərbi obyektlərə basqının edilməsi üçün əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetirib və şərti düşmənin müdafiəsinin dərinliyindən çıxmaq üzrə fəaliyyətləri icra ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin