Nevroloqların məsləhət gördüyü 7 qida Beyin və sinirlər üçün vacibdir


Digərləri 30 Sen 2019 23:34:00 279 0

Nevroloqların məsləhət gördüyü 7 qida  Beyin və sinirlər üçün vacibdir

"Bizim beynimiz ətrafımızda yaşam və reallığı yaradan bir mərkəzdir. O, informasiyanı alır, analiz edir və hər şey haqqında düşüncələrimizi formalaşdırıb. Biz beynimizdə analiz olunan informasiya ilə danışırıq. Ona görə biz gündəlik qidamızda məhz beyin üçün vacib olan maddələri çoxaltmalı və onun bizdən yaxşı şeylər almasını təmin etməliyik". Bu sözlər məşhur nevrooloq Kelsi Brennerə məxsusdur. 

Məlumdur ki, ürək-damar, diabet, həzm sistemi üçün ayrıca dietalar və qidalanma qaydaları var. Əgər bütün orqanlar qidalanmadan asılıdırsa, beyin bundan kənarda deyil. 

Son.az medicina.az-a istinadən bildirir ki, beyinə faydalı rasiona əməl etməklə insan ta qocalana kimi əqlin itiliyi, diqqət, yaddaş, intelekt və s qoruya bilər, nevroloji, psixi pozulmalardan qoruna bilər.

Sizə Klivlend klinikasının həkimi Marvan Sabbahın beyin üçün pəhriz qaydalarını təqdim edirik.

Hansı qidaları beyin sevir və onları hər gün yeməlisiz.

1.Əsl qara qəhvə

"Beyinə xatir siz hər gün 1-2 fincan yaxşı qəhvə içməyə vərdiş etməlisiz- deyə nevroloq Zembrovski deyir. Lakin qəhvəyə şirinləşdirici siroplar, şəkər, qaymaq, əlavələr qatmadan. 

Yaxşı qəhvə serotonin hormonunu artırır, kofein diqqəti artırır, yuxu gətirən adenozin fermentini bloklayır, tonusu artırır. Qəhvəni axşam 7dən sonra içmək olmaz

2.Balıq və dəniz məhsulları

Yağlı balıq - sardina, losos, farel, semqa, dəniz ilbizi, molyusk, skumbriya Omeqa 3-6 ilə zəngindir. Nevroloq Zembrovski bildirir ki, bu qidalarda dokozaqeksan turşusu var. Onlar əhvalı yüksək tutur, koqnitiv vərdişləri artırır.

3.Qara düyü

Bu düyü nəinki modellərin, oliqarxların dəbli düyüsüdür, həm də tərkibindəki antosiana görə beyin üçün vacibdir. Bu antioksidant sinir impulslarının ötürülməsini yaxşılaşdırır, neyroplastikliyi artırır, beyni rahatladır. 

(adsgarden = window.adsgarden || []).push({});